Zəfər Konstitusiyası gəlir? — “Konstitusiya və Suverenlik İli”nin böyük sürprizi
Prezident İlham Əliyev 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə fərman imzaladı.
Azərbaycanın 44 günlük Vətən müharibəsindın sonra "Zəfər Konstitusiyası" qəbul edəcəyi ilə bağlı bir çox fikir və mülahizəlır səslənirdi.
Hər şeyi öz zamanında edən və prioritet sıralamasını hər kəsdən yaxşı bilən Prezident İlham Əliyevin növbəti addımı budurmu: 2025-ci ildə Azərbaycan xalqı ümumxalq səaverməsi ilə "Zəfər Anayasası" qəbul edəcəkmi?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasının bir neçə səbəbləri var. Səbəblər Prezidentin imzaladığı sərəncamda qeyd olunub: “Birincisi, müstəqil Azərbaycanın Konstitusiyasının gələn il 30 illiyidir. Bu Konstitusiya MDB məkanında olan konstitusiyalardan ən demokratik konstitusiyalardan biridir. Üstündən 30 il keçib və bu gün yeni reallıqlar yaranıb, böyük inkişaf yolu qət edilib, bu müddətdə bir çox qanunlarımızda dəyişikliklər həyata keçirilib, bir çox vacib yeni qanunlar, yeni sənədlər qəbul edilib, ən son olaraq bir neçə gün öncə Milli Məclis “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda ciddi dəyişikliklər etdi. Qanunlarımızda sonuncu referendumdan indiyə qədər edilmiş bir sıra dəyişikliklər, yeni qanunların qəbulu da Konstitusiyada dəyişikliklərin həyata keçirilməli olduğunu gündəmə gətirir. Eləcə də idarəetmədə, bələdiyyələrlə bağlı, seçki sistemi ilə əlaqədar Konstitisiyada dəyişikliklər edilməsi istisna deyil. Torpaqlarımı işğaldan azad edildikdən sonra bir sıra rayonlarımızın idarəetməsində yeniliklər tətbiq edilib, həmçinin Naxçıvan Muxtar Respublikasında. Bu yeniliklər Konstitusiyada təsbit olunmalıdır. Ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa olunması da yeni reallıqlar meydana gətirib. Bu reallalıqlar da ana qanunumuza əlavələr və dəyişikliklər edilməsi zərurətini meydana gətirə bilər”.