AZ

Hüseyn Yüceldən şok iddia: "Serdal Adalı sponsorluq üçün anlaşdığımız şirkətin müdirini təhdid edib"

Super Liqa təmsilçilərindən "Beşiktaş"ın yeni prezidenti bu gün bəlli olacaq.

Apasport.az xəbər verir ki, prezidentliyə namizəd Hüseyn Yücel növbədənkənar qurultayda çıxış edib.

Yücel səsvermədəki rəqibi Serdal Adalı barəsində bunları deyib: 

"Gəlir ekosistemi yaratdım. "Beşiktaş"ın xəzinəsinə 86,8 milyon avro gətirmək üçün gücləri birləşdirdim. Bu mənzərə bəziləri üçün xəyal olsa da, mənim üçün reallıqdır. Öz sektorunda öndə gedən şirkətlər komandaya sponsor oldu. Dünən eşitdik ki, bir inşaat firmasının müdiri hörmətli prezident namizədi (red. Serdal Adalı) tərəfindən təhdid edilib. Niyə "Beşiktaş"a gəlir gətirəcək bu səmimi ortaqlığa böhtan atırsınız? Hörmətli Adalı, bu böhtanlara ayırdığınız zamanı daha yaxşısını etməyə sərf edin, sizi alqışlayacağıq".

Qeyd edək ki, “ağ-qaralar”ın növbədənkənar seçkili ümumi yığıncağında Hüseyn Yücel və Serdal Adalı prezidentlik uğrunda mübarizə aparır.

İlin gənc futbolçulardan ibarət rəmzi komandası açıqlanıb

"Fənərbaxça"nın təxirə salınan matçının vaxtı açıqlanıb

Fatih Terim yeni komandası ilə məşqlərə başlayıb

“Fənərbaxça”nın Feliks istəyi

Kyeza komandanı tərk edir

Seçilən
34
1
apasport.az

2Mənbələr