Koreya Respublikasının hakimiyyəti Muan hava limanında “Jeju Air” aviaşirkətinin qəzaya uğramış təyyarəsinin qara qutularını tapıb çıxarıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “Yonhap News TV” kanalı Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, qəza quşlarla toqquşma nəticəsində şassinin nasazlığı səbəbindən baş verib.