Cənubi Koreyada baş verən təyyarə qəzası ilə əlaqədar yeddigünlük milli matəm elan edilib.
Publika.az xəbər verir ki, bunu Koreya Respublikası prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən, Baş nazirin müavini Çxve San Mok Muanda bəyan edib.
Matəm bu gündən başlayaraq şənbə günü gecəyarısına qədər davam edəcək.
Qeyd edək ki, bu gün baş verən qəzada ən azı 177 nəfər ölüb, iki nəfər hələ də itkin düşmüş hesab olunur.