AZ

Tokayev də təyyarə qəzası zamanı yardıma gedənləri təltif etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev  Bakı-Qroznı reysini həyata keçirərkən Rusiya tərəfindən vurulan  AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau limanında uğradığı qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən yerli vətəndaşları mükafatlandırıb.

"AzPolitika"-nın məlumatına görə, bu barədə Akorda administrasiyası məlumat yayıb.

"Prezident Kasım-Jomart Tokayev Manqistau bölgəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması zamanı sərnişinlərin xilas edilməsində cəsarət, peşəkarlıq və vətəndaş məsuliyyəti göstərmiş bir qrup şəxsi təltif edib," – deyə məlumatda bildirilir.

Mükafatlandırılanlar arasında FHN işçiləri, həkimlər, polis əməkdaşları, Manqistau Regional Elektrik Şəbəkə şirkətinin və Aktau beynəlxalq hava limanının əməkdaşları var.

Seçilən
25
23
azpolitika.info

10Mənbələr