AZ

Keçid baş tutsa, Superliqa tarixində ən bahalı transfer olacaq

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" Türkiyənin "Fənərbağça" klubunun hücumçusu Yussef En-Neserini heyətinə qatmaq istəyir.

Milli.Az Səudiyyə Ərəbistanı mətbuatına istinadən xəbər verir ki, asiyalılar gələn həftə mərakeşli futbolçu üçün Türkiyəyə səfər etməyi planlaşdırır.

"Sarı-lacıvərdlilər" 27 yaşlı forvard üçün 40 milyon avro tələb edəcək. Keçid baş tutarsa, bu, Superliqa tarixində ən bahalı transfer olacaq.

Qeyd edək ki, Yussef En-Neseri cari mövsüm "Fənərbağça"nın heyətində 24 qarşılaşmada meydana çıxıb və 9 qol vurub. /Report

Milli.Az

Seçilən
19
50
milli.az

10Mənbələr