Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda qəzaya uğrayan təyyarənin sərnişinlərinin xilas edilməsində iştirak edən vətəndaşların böyük bir qrupunu mükafatlandırıb.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mükafatçılar Manqistau vilayətində qəzaya uğrayan təyyarənin sərnişinlərinin xilas edilməsində “cəsarət, peşəkarlıq və vətəndaş məsuliyyəti” nümayiş etdiriblər.
Mükafatlandırılanlar arasında xilasedicilər, həkimlər, polis əməkdaşları, "Mangistau Electric Grid Company" və Aktau hava limanının əməkdaşları da var.