Cənubi Koreyada təyyarə qəzasının ilkin versiyaları açıqlanıb.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, əsas versiyalar arasında quşlarla toqquşma, mühərrikdə, şassidə, əyləc sistemində nasazlıqlar, həmçinin fövqəladə hallarda uçuş-enmə zolağının kifayət qədər uzunluqda olmaması var.
Qeyd edək ki, Cənubi Koreyada sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağında maneəyə çırpılıb. Nəticədə təyyarədə olan 179 nəfərin hamısı həlak olub. Baş verən hadisə ilə əlaqədar ölkə ərazisində bir həftəlik matəm elan olunub. /APA