1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Macar rəssam Balaş Doçi və köməkçiləri Budapeştin mərkəzində LEGO hissələrindən əsl tamölçülü tramvay yığıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" yazıb.
11 metr uzunluğundakı tramvayın yığılması üçün 1,8 milyon LEGO parçası, 90 köməkçi və 6 800 saat lazım olub.
Rəssamın ən iddialı layihəsi şəhərin ən böyük daşıyıcısı olan Budapeşt Nəqliyyat Mərkəzinin sifarişi ilə həyata keçirilib.
Böyük oyuncaq şəhərin küçələrində gəzir, lakin insanları daşımır.