AZ

Xəzərdə zəlzələ olub

09:36 30.12.2024
09:36 30.12.2024

Xəzər dənizinin Azərbaycan akvatoriyasında 4 maqnitudalı zəlzələ olub.

Bu barədə Mynews.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır", - məlumatda nəql edilib.

Bildirilib ki, yeraltı təkanların ocağı 65 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 00:14-də qeydə alınıb.

Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi isə zəlzələnin maqnitudasının 4,3 olduğunu açıqlayıb. Mərkəzə görə, zəlzələnin episentri Sumqayıtdan 107 km şimalda olub.


Seçilən
11
25
mynews.az

10Mənbələr