Demokrat.az-ın məlumatına görə, sənəd Gürcüstanın Qanunvericilik Bülletenində dərc edilib.
Gürcüstan parlamentinin 13 dekabrda təsdiqlədiyi "Yığıncaqlar və nümayişlər haqqında" qanuna edilən dəyişikliklərə əsasən, üzü maska və ya digər vasitələrlə örtmək qadağan edilir. Həmçinin qadağan edilmiş əşyaların siyahısına pirotexniki vasitələr və etirazçıların tez-tez polislərin gözlərinə və müşahidə kameralarına tutduqları lazerlər də daxil edilib.
Qanun rəsmi dərc edildikdən sonra qüvvəyə minib.
Qanunvericilik Bülletenində həmçinin 26 oktyabr parlament seçkisindən sonra Gürcüstan parlamentinin yeni çağırışının sürətləndirilmiş qaydada qəbul etdiyi 10-dan çox digər qanun da dərc edilib. Onların arasında "Dövlət mühafizəsi haqqında" qanuna edilən dəyişikliklər də var ki, bu da Konstitusiya Məhkəməsi (KM) prezidentin vəzifədə olarkən konstitusiyanı pozduğunu müəyyən edərsə, səlahiyyət müddəti bitdikdən sonra onu dövlət mühafizəsindən məhrum edir. Beləliklə, səlahiyyətləri dünən başa çatan Salome Zurabişvili dövlət mühafizəsindən məhrum edilib. 2023-cü ildə KM onun hökumətin razılığı olmadan xarici səfərlər etdiyinə görə konstitusiyanı pozduğu üçün impiçment təqdimatını dəstəkləyib.
6Mənbələr
-
sitat.infoKabelaşvili and içən kimi Zurabişvili ilə bağlı qanunu imzaladı ( 14515167)
-
axar.azKabelaşvili and içən kimi Zurabişvili ilə bağlı qanunu imzaladı ( 14514103)
-
senzor.azSalome Zurabişvili dövlət mühafizəsindən məhrum edildi ( 14510739)
-
editor.azGürcüstanın yeni prezidenti mitinqlərdə maska taxmağı qadağan edən qanunu imzaladı ( 14510217)
-
sia.azGürcüstanın yeni prezidenti mitinqlərdə maska taxmağı qadağan edən qanunu imzaladı ( 14510061)
-
demokrat.azYeni prezident mitinqlərdə maska taxmağı qadağan edən qanunu imzaladı ( 14509799)