Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus Özbəkistanın Fərqanə şəhərindən Moskvaya uçan təyyarə Daşkənd beynəlxalq hava limanında təcili eniş edib.
Modern.az xəbər verir ki, bu barədə “Uzbekistan Airports”un mətbuat xidməti məlumat yayıb.
Təyyarə sərnişinin səhhətində yaranmış problem səbəbindən eniş edib.
“Rusiyanın “Aeroflot” aviaşirkətinin “SU1971” reysi ilə Fərqanə-Moskva marşrutu üzrə uçan təyyarəsi ehtiyat hava limanı olan Daşkəndə məcburi eniş edib. Səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub. Ekipaj ehtiyat hava limanına enmək qərarı verib”, – məlumatda bildirilib.