AZ

Azərbaycandan Suriyaya 200 ton ərzaq və qida məhsulu göndərilir - FOTO

“Azərbaycana Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilir”.

APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasından Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

O bildirib ki, sözügedən kanvoy, ümumilikdə, 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir: “Kanvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq. Yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub”.

Azərbaycandan Azərbaycandan Azərbaycandan Azərbaycandan Azərbaycandan Azərbaycandan Azərbaycandan
Seçilən
1139
3
apa.az

10Mənbələr