AZ

2024-cü il Azərbaycanın tarixində növbəti uğurlu mərhələ oldu

Başa çatmaqda olan 2024-cü il Azərbaycan üçün mühüm siyasi-ictimai və iqtisadi uğurlarla əlamətdardır. Nəzər yetirəndə görürük ki, bu il ərzində respublikamız özünün milli maraqlarını inamla təmin edib, qarşıda dayanan bütünvəzifələr yerinə yetirilib.

Bu ilin ən böyük siyasi hadisəsi fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləridir. Bu seçki xalqımızın Ulu Öndər Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyev siyasi kursuna sədaqətinin növbəti təsdiqi oldu. Ölkə vətəndaşları Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən siyasi kursun ətrafında bir daha səfərbər olaraq, indiyədək əldə edilmiş nailiyyətlərin yeni inkişaf mərhələsində də davam etdirilməsinə səs verdilər. Eyni zamanda seçkinin nəticəsi vətəndaşlarımızıntorpaqlarımızı işğaldan azad olunmasını, ərazibütövlüyümüzü təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığının ifadəsinə çevrildi.

2024-cü il Azərbaycanda həm də parlament seçkiləri ili kimi yadda qaldı. Sentyabrın 1-də keçirilən VII çağırış Milli Məclisə növbədənkənar seçkilərin də nəticələri birmənalı olaraq Prezident İlham Əliyevin zəfərlərə yol açan uğurlu və məqsədyönlü siyasətinə xalqımızın inam və etimadını bir daha nümayiş etdirdi. Bir daha göründü ki, xalqımız öz siyasi mövqeyi ilə Azərbaycana yüksəliş gətirən, ərazi bütövlüyümüzü bərpa edən siyasi kursun ətrafında səfərbərdir.

Bir məsələni də xüsusilə qeyd etməliyik ki, müstəqillik illərində ilk dəfə olaraq 2024-cü ildə seçkilər zamanı Qarabağ və Şərqi Zəngəzurda da səsvermə keçirildi.

Başa çatmaqda olan il Vətən müharibəsindən vəantiterror əməliyyatlarından sonra Azərbaycanınyaratdığı reallıqların daha da möhkəmlənməsi, buistiqamətdə respublikamızın milli maraqlarınınqətiyyətlə qorunması ilə əlamətdardır. Bu sahədə2024-cü ilin mühüm siyasi və eyni zamandadiplomatik hadisəsi Rusiya sülhməramlı kontingentinin respublikamızın ərazilərini tam tərk etməsidir. Məlum olduğu kimi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli  Bəyanata əsasən bir vaxtlar erməni separatçıların mövcud olduğu Qarabağda Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilmişdi. Bəyanata əsasən sülhməramlı kontingentinin qalma müddəti 5 il idi. Ötən ilinsentyabr ayında isə Azərbaycan dövlətinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticəsində Qarabağdakı erməni separatçılarının mövcudluğuna son qoyulub, bütün ərazilərimiz üzərində milli suverenliyimiz təmin edilib. Qarabağdakı ermənilərisə ölkəmizi könüllü şəkildə tərk etdilər və buna görədə Rusiya sülhməramlılarının öz missiyalarınıdavam etdirmələrinə ehtiyac qalmamışdı.

Beləliklə, Vətən müharibəsinin başa çatdığı günlərdə Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları ölkəmizi 1 il tez – 2024-cü ildə tərk etdilər. Bu hadisəsülhməramlıların guya Qarabağı tərk etməyəcəkləribarədə bəzi qaragüruhçu dairələrin səsləndirdiyi cəfəng “proqnozlar”ın və iddiaların nə qədər əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübuta yetirdi.

Respublikamızın milli maraqlarının təminedilməsi baxımından 2024-cü ilin başqa bir mühüm hadisəsi Qazax rayonunun Ermənistanla sərhəddəyerləşən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad edilməsidir.Bu kəndlər ötən əsrin 90-cı illərinin əvvəllərindənişğal altında idi. Cənab Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı. Ötən müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, kəndlərin azad edilməsiistiqamətdə ardıcıl iş aparıldı. Onu da xatırladım ki,Prezident İlham Əliyev hələ bu ilin yanvar ayındayerli televiziya kanallarına müsahibəsində bununla bağlı bildirmişdi ki anklav olmayan dörd kənd qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Beləliklə, 2024-cü ilin aprel ayında bu kəndlərin Azərbaycanaqaytarılması təmin edildi. Bu, ölkəmizin ərazibütövlüyü məsələsi ilə bağlı Vətən müharibəsindəvə antiterror əməliyyatlarında qazandığımızqələbələrin davamı kimi tarixə düşdü. Bu kəndlərinazad olması Azərbaycanın daha bir siyasi zəfəri, Prezident İlham Əliyevin növbəti mühüm diplomatik uğuru oldu.

2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülhə nail olunması, habelə dövlət sərhədlərinin  delimitasiyası və demarkasiyası ilə bağlı proseslər də respublikamızın maraqları çərçivəsində davam etdirilib. Məhz bu il iki dövlət arasında sərhədin 13 kilometrə qədər hissəsi dəqiqləşdirilib.

Bu il respublikamız qlobal masştablı siyasi-diplomatik uğurlara da imza atdı. Bunlardan biri Bakı şəhərinin COP29-a evsahibliyi etməsi oldu. Noyabr ayında keçirilən bu beynəlxalq tədbirdə iştirak etmək üçün respublikamıza 80 dövlət və hökumət başçısı gəldi. Bu, həm Prezident İlham Əliyevə, həm də Azərbaycana olan hörmətdən, ehtiramdan xəbər verdi. Qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçıCOP29-da iştirak etdi. 12 gün davam edən COP29 iqlim dəyişiklikləri ilə mübarizə sahəsində bir sıra vacib razılaşmaların əldə olunması, dövlətlər və şirkətlər arasında müxtəlif sazişlərin bağlanması ilə yadda qaldı. Əldə olunan müsbət nəticələr həm də respubilkamızın COP29-a sədrliyinin nailiyyətləri oldu.

Azərbaycanın başqa bir qlobal uğuru dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində keçirilən İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı bu təşkilatın üzvü seçilməsidir. D-8 təşkilatına üzvlük Azərbaycan üçün perspektivdə çox böyük strateji və iqtisadi imkanlar yaradır, ticarət dövriyyəmizin daha da genişləndirilməsi baxımından mühüm önəm daşıyır. Prezident İlham Əliyevin Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğana məktubunda qeyd edildiyi kimi Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcək.

Hazırda Azərbaycanın əsas milli hədəfi işğaldanazad edilmiş ərazilərimizin bərpa edilməsi, keçmişməcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri qrafik üzrə davam etdirildi. İl ərzində ilk dəfə olaraq keçmiş məcburi köçkünlərin Xocalı və Şuşa şəhərlərinə, Xocalı rayonunun Ballıca, Laçın rayounun Sus kəndlərinə qayıdışı təmin olundu. Artıq işğaldan azad edilmiş rayonlara 10 min nəfərdən artıq vətəndaşımız qayıdıb və bu proses növbəti ildə də uğurla davam etdiriləcək.

Böyük məmnunluqla qeyd etməliyik ki, respublikamız 2024-cü ili iqtisadi sahədə dənailiyyətlərlə başa vurur. Bu ilin 11 ayı ərzindəiqtisadi artım 4,1%-dən çox olmuş, o cümlədən qeyri-neft sektorumuz 6.4% artmışdır. Strateji valyuta ehtiyatlarımız 72 milyard ABŞ dollarınıötmüşdür. Bütün bunlar göstərir ki, respublikamızda düşünülmüş və effektiv iqtisadi siyasət kursu həyatakeçirilir.

Göründüyü kimi il Azərbaycan üçün mühümsiyasi, diplomatik və iqtisadi nailiyyətlərlə başa çatır. Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsiolaraq 2024-cü il tariximizə inkişaf və yüksəliş ili kimi  qovuşur. Əldə edilmiş uğurlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” elan etdiyi 2025-ci ildə də Azərbaycanı yeni nailiyyətlər gözləyir.

Xanlar FƏTİYEV

Milli Məclisin deputatı

Seçilən
77
50
missiya.az

10Mənbələr