Ötən gün Cənubi Koreyada "Boeing 737-800" təyyarəsinin Muan hava limanında qəzaya uğramasından sonra ölkədə "Jeju Air" aviaşirkətinin balansında olan bütün "Boeing 737-800" təyyarələrinə xüsusi baxış keçiriləcək.Bu barədə "Yonhap" agentliyi xəbər verib.
Cənubi Koreyada olan 41 "Boeing 737-800" təyyarəsinin 39-u "Jeju Air" aviaşirkətinin balansındadır.
Son məlumata əsasən, Cənubi Koreyada "Boeing 737" təyyarəsinin Muan hava limanında qəzaya uğraması nəticəsində 179 nəfər həyatını itirib.
www.anews.az