Azərbaycan Hava Yollarına məxsus təyyarəni Çeçenistan hava məkanında istiqamətəndirən dispetçer “Terek” (indiki “Axmat”) klubunun keçmiş futbolçusu Əli İdrisov olub.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.
Bildirilib ki, ötən gecə o, şahid qismində dindirilib.
İdrisov ilkin ifadəsində əmin olduğunu söyləyib ki, o, təyyarə yerə enən zaman hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və "Xalça" planı barədə insidentdən beş dəqiqə sonra məlumat alıb.
İdrisov PUA-nın hücumu və hava hücumundan müdafiə sisteminin fəaliyyəti barədə heç bir təsəvvürünün olmadığını iddia edib.
O, insidenti ekipajın verdiyi məlumatlara əsaslanaraq son ana qədər quş sürüsü ilə toqquşma kimi qiymətləndirib.
Əli İdrisovun sözlərinə görə, Xalça planının tətbiq edilməsi ona 22-ci dəqiqədə (08:21 radələrində), yəni təyyarə ekipajının hava gəmisinin vurulduğu barədə məlumat verdikdən sonra məlum olub, hansı ki, bu səhvən quş sürüsü ilə toqquşma kimi qəbul olunub. (APA)