Bakı-Aktau istiqamətində uçuş həyata keçirən "Gulfstream" tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb.
Titul.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən(AZAL) məlumat verilib.
Bildirilib ki, pilotlar təyyarənin sistemini yeniləyib və məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur və təyyarə uçuşa hazırdır.
Təyyarədə sərnişin olmayıb.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!