DİN-in Mətbuat Xidmətindən Ajans.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan M.Abdullayev müəyyən olunaraq saxlanılıb. Ondan müxtəlif təyinatlı 5000 ədəddən artıq pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı toplanmış material üzrə araşdırmalar davam etdirilir.