Bakı. Trend:
Portuqaliya millisinin keçmiş futbolçusu, hazırda Qətərin "ƏlKhor" klubunda çıxış edən Ruben Semedo həbs edilib.
Trend bu barədə xariciKİV-lərə istinadən xəbər verir.
Məölumata görə, 30 yaşlı müdafiəçi Lissabonda sevgilisinə hücumedib və onu zorla bir neçə saat evdə qalmağa məcbur edib.
Bundan sonra qız xəstəxanaya yerləşdirilib. Onun Semedotərəfindən döyüldüyü ortaya çıxıb. Sevgilisi Semedodan şikayət edibvə nəticədə futbolçu həbs edilib.
Xatırladaq ki, Semedo dəfələrlə cinayət törətməkdə ittihamolunub. 2021-ci ildə o, azyaşlı qıza təcavüz etməkdə şübhəlibilinirdi. 2018-ci ildə futbolçu İspaniyada gecə klubunun işçisinisilahla hədələdikdən sonra həbs olunmuşdu. O, eyni ildə adamoğurluğu və adam öldürməyə cəhddə ittiham edilib, lakin həbscəzasından yayınıb.