AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində xəsarət alan sərnişin Leyla Omarova komadan ayılıb. Manset.az Globalinfo.az -a istinadən xəbər verir ki, bu barədə L.Omarovanın yaxınları məlumat verib. Bundan başqa, Leylanın qohumları komadan oyandıqdan sonra atası ilə olan görüntülərini bizimlə bölüşüblər. Leyla Omarova atası üçün darıxdığını bildirib: Həmin görüntüləri təqdim edirik: