AZ

9 nəfər ambulator müalicə üçün evə buraxılıb - TƏBİB

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən 5 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir.

Hafta.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.

"Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır. Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənətbəxş olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir", - məlumatda qeyd olunub.

Seçilən
81
49
hafta.az

10Mənbələr