AZ

Şəhid övladları üçün təşkil olunan 3 aylıq kompüter kursları layihəsi uğurla yekunlaşıb

"Tomris Tərəqqi Uğrunda" İctimai Birliyi 2022-ci il 5 sentyabrdan 5 dekabra qədər davam edən layihə çərçivəsində şəhid və qazi övladlarından ibarət 20 nəfərlik qrupa pulsuz kompüter kursları təşkil edib. Layihənin əsas məqsədi gənclərin texnoloji bacarıqlarını artırmaq, onların gələcək karyera və təhsil imkanlarını genişləndirmək olub.
Təlimlərdə təcrübəli mütəxəssislər – Çingiz Yusubov və Gülnarə Seydova iştirak ediblər. Onlar kurs boyunca 3 əsas kompüter proqramını uşaqlara praktiki şəkildə öyrədib, gələcəkdə bu biliklərdən səmərəli istifadə etmələri üçün tövsiyələr veriblər. Layihə rəhbərliyi qeyd edir ki, bu kimi təşəbbüslər gənclərin inkişafına və onların cəmiyyətə daha fəal şəkildə inteqrasiya olunmasına böyük töhfə verir.
Seçilən
11
9
7news.az

10Mənbələr