ABŞ Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərin 15 milyard dollarını Ukraynaya verəcək.
APA-nın “RBC Ukraine” portalına istinadən məlumatına görə, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.
O əlavə edib ki, ölkəsinin Maliyyə Nazirliyi ilə Dünya Bankı arasında müvafiq razılaşma artıq imzalanıb.