AZ

İcra başçısı uşaq evində - Fotolar

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə fəaliyyət göstərən ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və digər şəxslər iştirak ediblər.

Niyazi Bayramov uşaqları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib, onlara uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayıb.

Uşaqlar şəhərdə fəaliyyət göstərən ticarət mərkəzinin nəzdində yerləşən “Gənclənd” mini istirahət məkanında bir-birindən maraqlı atraksionlarda əyləniblər. Həmçinin, Şaxta baba və cizgi film qəhrəmanları ilə birgə əyləncə dolu anlar keçiriblər. Daha sonra uşaqlar rəsmilərlə birgə nahar ediblər.

Sonda “Gənclənd” tərəfindən Uşaq evi SXM-nın sakinlərinə müxtəlif hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.






Seçilən
48
1
qafqazinfo.az

2Mənbələr