Müğənni Tural Gəncəli yol hərəkəti qaydalarını pozaraq bir neçə avtomobilə ziyan vurub.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisiToğrul Nəsirli Oxu.Az-a açıqlamasında bildirib ki, narkotik vasitənin təsiri altında olan, hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, "Mercedes-Benz" markalı 99-MM-276 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural Abdullayev tabesizlik göstərsə də, görülən tədbirlər nəticəsində saxlanılıb və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Abdullayevin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.