Almaniyanın “Union” klubunun yeni baş məşqçisi bəlli olub.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Şteffen Baumqart çalışdıracaq.
Almaniyalı mütəxəssislə imzalanan müqavilənin müddəti hələlik açıqlanmayıb. O, işinə yanvarın 2-də başlayacaq.
52 yaşlı mütəxəssis son olaraq "Hamburq"u çalışdırıb.
Qeyd edək ki, "union" 15 turdan sonra 17 xalla Bundesliqada 12-ci pillədə qərarlaşıb.