Azərbaycan Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, deputat Elnarə Akimova, deputat Anar İsgəndərov, Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov Toponimiya Komissiyasının tərkibinə daxil ediliblər.
Komissiyanın sədr müavini, deputat Sevinc Fətəliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Akif İmanlı və AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova isə komissiyanın tərkibindən çıxarılıblar.
Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq təsdiq edilib.