AZ

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə ilkin nəticələri 30 gündə açıqlayacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qazaxıstanın "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələrini 30 gün ərzində təqdim edəcək.
Oxu.Az "Kazinform"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini, komissiya üzvü Talqat Lastayev deyib.
"Ümumilikdə standartlara görə, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir", - nazir müavini bildirib.
Lastayevin sözlərinə görə, hazırda araşdırmanın sahə mərhələsi gedir, yəni təyyarənin parçaları, qəza yerindən izlər toplanır. Bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş yerə toplanır və ekspertlər toplanmış sübutları qiymətləndirirlər.
Seçilən
64
50
oxu.az

10Mənbələr