AZ

Mənzil bazarında bahalaşma GÖZLƏNİLİR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Növbəti aylarda Bakının mənzil bazarında qiymət artımı gözlənilir. Bu artım həm köhnə, həm də yeni mənzillərə aiddir.
Oxu.Az ATV-yə istinadən xəbər verir ki, son zamanlar əmlakçılara Xırdalan və Masazırda evlərin satışı ilə bağlı müraciətlər çoxalıb.
Həmin şəxslər isə paytaxtda ucuz mənzil axtarırlar.
Əmlakçı Xaliq Şükürov bildirib ki, Bakıda söküntünün artması ilə əlaqədar olaraq, evləri sökülən şəxslərin 3-4-cü zonaya üstünlük verməmələri, mərkəzdə ev almaq həvəsləri cüzi də olsa qiymətin artmasına səbəb olur.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, insanların daşınmaz əmlak almaq marağının çox olması da qiymət artımına təsir edən amillərdəndir.
Ətraflı süjetdə:
Seçilən
99
4
oxu.az

10Mənbələr