1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Böyük Britaniyanın paytaxtı Londonda malikanəyə daxil olan oğru 10.4 milyon funt sterlinq (təxminən 13 milyon dollar - red.) dəyərində zinət əşyaları oğurlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" London polisinə istinadən bildirir.
Cinayətkarın təkbaşına hərəkət etdiyi qeyd edilir. Ev sahibləri evdə olmadığı müddətdə malikanəyə daxil olaraq zümrüdlü qızıl bilərzik, brilyant və sapfirli üzüklər, brilyant sırğalar, həmçinin brilyant, sapfir, qızıl və platindən hazırlanmış çoxlu boyunbağı oğurlayıb. Bundan əlavə, oğru 150 min funt sterlinq (təxminən 188 min dollar - red.) dəyərində olan "Hermes" çantasını oğurlayıb.
İtmiş zinət əşyalarının sahibləri oğrunun tapılmasına kömək edə biləcək hər kəsə yarım milyon funt sterlinq (627 min dollar - red.) və tapılan hər bir əşyanın dəyərinin 10%-ni verməyə hazırdırlar.