AZ

Rusiyaya kütləvi dron hücum: Neft anbarı yanır

Ukrayna pilotsuz təyyarələri Rusiya Federasiyasının Smolensk vilayətinin Yartsevo şəhərində yanacaq bazasına hücum edib.

Bizim.Media xəbər verir ki, Rusiya nəşrləri Yartsevo sakinlərinin ondan çox partlayış səsi eşitdiyini, bundan sonra neft bazası ərazisində yanğının başladığını bildirib.

RİA Novosti Yartsevo rayonunun rəhbərinə istinadən xəbər verir ki, Ukrayna pilotsuz təyyarələrinin yanacaq-energetika kompleksinin müəyyən obyektinə hücumu nəticəsində “yanğınlar baş verib”. Daha sonra Smolensk vilayətinin qubernatoru Vasili Anoxin Ukrayna pilotsuz uçan aparatlarının basqınından sonra Yartsevo şəhərində neft bazasında yanğının baş verdiyini təsdiqləyib.

Anoxin iddia edir ki, pilotsuz təyyarə dəf edilib və baza vurulan pilotsuz təyyarənin dağıntılarından alovlanıb.

“İlkin məlumata görə, neft bazasının ərazisinə pilotsuz uçuş aparatlarından birinin tullantıları düşüb. Nəticədə yanacaq dağıldı və sürtkü yağları alovlanmağa başladı”. Anoxin Telegram kanalında belə yazıb.

Xatırladaq ki, Smolensk vilayəti Ukrayna ilə həmsərhəd deyil, onu Ukrayna ərazisindən Bryansk vilayəti və Belarus ayırır.

Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomazın sözlərinə görə, çərşənbə axşamı gecə bölgənin səmasında Ukraynaya məxsus 19 kamikadze pilotsuz uçan aparat vurulub.
 

Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı gecə 68 Ukrayna PUA-nın Rusiyanın yeddi bölgəsində vurulduğunu iddia edir. Nazirliyin məlumatına görə, Bryansk vilayəti üzərində 25, Krım ərazisində 17, Krasnodar vilayətində 11, Smolensk vilayətində 10, Tver vilayətində iki, Rostov, Kursk və Kaluqa vilayətləri üzərində isə bir pilotsuz təyyarə vurulub.


Rusiyanın monitorinq kanalları Tuapse və Novorossiysk ərazilərində, yəni Qara dəniz sahillərində, eləcə də Azov dənizi sahilindəki Yeysk bölgəsində partlayışlar olduğunu bildirib.

Nəticələri barədə məlumat verilmir.

Bizim.Media

Seçilən
74
33
bizim.media

10Mənbələr