AZ

Bir yaşlı Aylinin dəstəyə ehtiyacı var: "Nə gəzə, nə də öz tarazlığını qoruya bilir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir yaşlı Aylinin dəstəyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Mətanət Quliyeva məlumat verib.
O bildirib ki, övladı qapalı spina-bfida xəstəliyindən əziyyət çəkir:
"Aylin bir yaş iki aylıqdır. O, anadangəlmə qapalı spina-bfida xəstəliyindən əziyyət çəkir. Hamiləliyim dövründə imkan olmadığı üçün müayinələrin, demək olar ki, heç birinə getməmişdim. Aylin doğulandan sonrakı müayinələrdə onun xəstəliyini öyrəndik".
Gənc ana övladının hazırda müalicəyə ehtiyacı olduğunu deyib:
"Aylin doğulduğu gündən elə müalicələrdəyik. Nə gəzə, nə də öz tarazlığını qoruya bilir. Həkimlər hazırda fizioterapiya və ayaqlarına tutor taxılmağı məsləhət görüblər. Bunun üçün isə hazırda 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 802-89-62.
Bank Respublika: 4244 4848 4774 2008.
Seçilən
80
50
oxu.az

10Mənbələr