Sumqayıt Dövlət Universitetində (SDU) il ərzində yüksək nəticələr göstərən inzibati heyət üzvlərinə maaşlarının yarısı qədər mükafat veriləcək.
Redaktor.az xəbər verir ki, SDU-da Elmi Şuranın iclası keçirilib.
İclasda ali təhsil müəssisəsinin rektoru Rüfət Əzizov əmək haqlarının artırılması, 2025-ci ildə keçiriləcək elmi konfranslar və əməkdaşların mükafatlandırılması məsələlərini təqdim edib.
Professor - müəllim heyətinin mərhələli şəkildə (son 1 ildə 2 dəfəyə) maaşı toplam aşağıdakı kimi artırılıb:
- Professor maaşı 27% artaraq 1900 AZN,
- Dosent maaşı 28% artaraq 1600 AZN,
- Baş müəllim (elmi dərəcəli) 37% artaraq 1300 AZN,
- Müəllim (elmi dərəcəli) 27% artaraq 1100 AZN oldu.
İnzibati heyətin maaşı ortalama 25%, tədris köməkçi heyətin maaşı isə ortalama 20% artırılıb.
Qeyd edək ki, bayram münasibəti ilə bütün əməkdaşlara 100 AZN, il ərzində yüksək nəticələr göstərən inzibati heyət üzvlərinə maaşlarının 50% qədər mükafat verilib.