Hollivud aktyorları Ancelina Coli və Bred Pitt razılığa gələrək boşanmalarını yekunlaşdırıblar.
Publika.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
“2016-cı ildən ayrı yaşayan aktyorlar dekabrın 30-da, bazar ertəsi günü boşanmaq üçün ərizə veriblər”, – nəşr yazır.
Qeyd olunur ki, Coli və Pitt ayrıldıqlarını elan etdikdən 8 ildən sonra boşanma sənədləri imzalayıblar.
Aktrisanın vəkili Ceyms Saymon jurnala deyib ki, Coli yorğun olsa da, yüngülləşib.