Cənubi Koreya ordusu dekabrın 29-da 179 nəfərin ölümü ilə nəticələnən “Jeju Air” şirkətinə məxsus təyyarənin qəzasından sonra aviasiya araşdırması aparır.
Demokrat.az xəbər verir ki, bu barədə rəsmilərə istinadən Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə, Hərbi Dəniz Qüvvələri komandanlığı artıq öz təyyarələrini, o cümlədən "Boeing 737-800" bazasında inşa edilmiş P-8A-nı yoxlamağa başlayıb. Yoxlamaların yanvarın 4-dək davam edəcəyi bildirilir.
İyul ayında Cənubi Koreya Hərbi Dəniz Qüvvələri sualtı qayıqlara qarşı döyüş qabiliyyətini artırmaq üçün bu təyyarələrdən altısını alıb.
Hərbi Hava Qüvvələri həmçinin "Boeing 737-700" kommersiya təyyarəsinin bazasında inşa olunmuş “Peace Eye” havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsində də yoxlama aparacaqlar.
Qeyd edək ki, qəza hadisəsindən sonra Cənubi Koreya rəsmiləri ölkədəki bütün "Boeing 737-800"ləri yoxlayacaqlarını bildirmişdilər. (APA)
7Mənbələr
-
demokrat.azCənubi Koreya ordusu təyyarələri yoxlamağa başlayıb ( 14529439)
-
azreform.infoCənubi Koreya ordusu təyyarə qəzasından sonra təyyarələri yoxlamağa başlayıb ( 14525323)
-
olke.azCənubi Koreya ordusu təyyarə qəzasından sonra təyyarələri yoxlamağa başlayıb ( 14525111)
-
manset.azCənubi Koreya Ordusuqəzadan sonra aviasiyanı yoxlamağa başlayıb ( 14524601)
-
apa.azCənubi Koreya ordusu təyyarə qəzasından sonra təyyarələri yoxlamağa başlayıb ( 14524491)
-
teleqraf.comCənubi Koreya hərbçiləri ölkədə baş verən təyyarə qəzasından sonra yoxlamalara başladı ( 14524465)
-
report.azCənubi Koreya Ordusu təyyarə qəzasından sonra aviasiyanı yoxlamağa başlayıb ( 14524431)