2025-ci il yanvarın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Korrespondent.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 5-7°, gündüz 8-12° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə yüksək dağlıq ərazilərdə arabir yağıntılı, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6°, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-7° isti olacaq.