"Real"ın ulduz qapıçısı Tibo Kurtua Madrid klubunu tərk edə bilər.
Publika.az xəbər verir ki, belçikalı qolkiperin müqaviləsi 2026-cı ilin yayında başa çatır, Kurtua hələ ki, sözləşməni uzatmağa tələsmir. Madrid klubu Tibo ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməsə, o zaman heyətini yeni qapıçı ilə gücləndirəcək.
Ən çox ehtimal olunan variant PSJ-nin qapıçısı Canluici Donnarummadır. İtalyan futbolçu 2026-cı ilin yayında pulsuz olaraq "Real"a keçə bilər.
Qeyd edək ki, bu mövsüm Donnarumma PSJ-nin heyətində 16 oyun keçirib, 15 qol buraxıb və 5 oyunda qapısında top görməyib.