AZ

"Fənərbağça"nın əsas futbolçularından biri ayrılmaq istəyir - FOTO

Türkiyə millisinin futbolçusu İsmayıl Yüksek "Fənərbağça"dan ayrılmaq istəyir.

Milli.Az xəbər verir ki, bu barədə yerli "Fotomaç" nəşri məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi az forma şansı əldə etdiyi üçün mövsümün sonunda İstanbul təmsilçisi ilə vidalaşmağı planlaşdırır.

Oyunçu Avropa klublarından gələcək təklifi dəyərləndirmək niyyətindədir.

Qeyd edək ki, 2020-ci ildən "Fənərbağça"ya məxsus olan İsmayıl Yüksek müxtəlif komandalara icarəyə də verilib. /Report

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
86
50
milli.az

10Mənbələr