Mingəçevir şəhər Sahil küçəsində 26 yaşlı gənc bıçaq xəsarəti alıb. Belə ki, qarın nayihəsindən bıçaqla kəsik-deşik xəsarəti alan 1998-ci il təvəllüdlü şəhər sakini Məmmədli Ülvi Vüqar oğlu təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Hadisə ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 31.12.2024-cü il tarixində saat 02:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.
Məlumatda qeyd edilib ki, qarının ön sağ divarının deşilmiş, kəsilmiş yarası diaqnozu təyin edilən şəxs təcili olaraq əməliyyata götürülüb. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.