“İslami Cihad”ın raket komandiri Qəzzada öldürüldü
İsrail hərbçiləri Qəzza zolağında Fələstinin “İslami Cihad” təşkilatının hərbi qanadının raket bölməsinin komandirini zərərsizləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, öldürülən Anas Məhəmməd Sədi Masri İsrailin mülki əhalisinə və İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə qarşı çoxsaylı hücumlara rəhbərlik edib:
“O, xüsusilə 7 oktyabr 2023-cü ildən başlayaraq İsrailin cənub bölgələrini atəşə tutan raketçilərə komandanlıq edib”.