Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Raqif Əliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.