AZ

"Apple"ın yeni kompüter siçanı səs idarəetməsini dəstəkləyəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Apple" 2026-cı ildə sensor idarəetməsi və səs əmrlərini dəstəkləyən tamamilə yenidən işlənmiş "Magic Mouse" kompüter siçanını buraxmağa hazırlaşır.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, yeni siçan, sələflərinin çatışmazlıqlarını aradan qaldıran ergonomik dizayna malik olacaq, xüsusilə də, şarj portunun narahat yerləşməsi problemi həll ediləcək. "Apple" bir neçə ay əvvəl "USB-C"yə keçsə də, port hələ də aşağıda yerləşir ki, bu da siçanın şarj zamanı istifadəsini qeyri-mümkün edir. Bu ciddi problem olmasa da, görünür "Apple" yeni modeldə bu problemi həll edəcək.
Gələcək "Magic Mouse" prototipi sensor idarəetməsi, səs əmrləri və jest tanımanı birləşdirir ki, bu da onu daha müasir edir. Yeni siçanın 2026-cı ildə OLED ekranlı M6 çipseti olan "MacBook Pro" ilə eyni vaxtda buraxılacağı gözlənilir.
Seçilən
89
50
oxu.az

10Mənbələr