Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli və milli imkanlarla istehsal edilən silahlı və silahsız pilotsuz uçuş aparatlarının (İHA/SiHA) təkcə Türkiyənin deyil, 50-dən çox dost ölkənin səmasını da qoruduğunu bildirib. Rəcəb Tayyib Ərdoğan, videokonfrans vasitəsilə Batmanda xidmət edən hərbçiləri yeni il münasibətilə təbrik edib.
"Güclü Ordu, Güclü Türkiyə" şüarı ilə Türkiyə Silahlı Qüvvələrinin hər sahədə çəkindirici gücünü artırmağa böyük əhəmiyyət verdiklərini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesindəki sıçrayışların davam etdiyini qeyd edib.
Türkiyənin PUA və silahlı PUA (İHA/SİHA) texnologiyası baxımından dünyanın ən qabaqcıl 3-4 ölkəsindən biri olduğunu ifadə edən Rəcəb Tayyib Ərdoğan keçən il dünyada ən çox PUA və silahlı PUA ixrac edən ölkə olduqlarını bildirib. O, həmçinin vurğulayıb ki, PUA və silahlı PUA-lar təkcə Türkiyə səmasını deyil, həm də 50-dən çox dost ölkənin səmasını qoruyur.