Bu gündən yaşayış minimumunun həddi 285 manat götürüləcək.
"Operativ Media" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.
Yaşayış minimumu 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan manatdan 285 manata qaldırılır.
2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.