AZ

Rusiya qazının Ukraynadan tranziti dayandırılıb

Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti Moskva vaxtı ilə yanvarın 1-də səhər saat 8:00-da (Bakı vaxtı ilə 09:00-da) dayandırılıb.

Oxu.Az bu barədə lenta.ru-ya istinadən xəbər verir.

Məlumata görə, “Qazprom” və “Naftoqaz” arasında 30 dekabr 2019-cu ildə imzalanmış beşillik müqavilənin müddəti başa çatıb.

Ukrayna hakimiyyəti müqavilənin uzadılmasını planlaşdırmadığını bildirmişdi. Beləliklə, Rusiya qazının Avropa ölkələrinə tranziti üçün yeganə marşrut “Balkan axını” ola bilər.

Seçilən
39
50
editor.az

10Mənbələr