AZ

Rusiya milyardlar itirdi, AB isə "kömürə keçir"...

Yanvarın 1-də səhər Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti Kiyevin müqaviləni yeniləməkdən imtina etməsi səbəbindən tamamilə dayandırılıb. Beləliklə, AB Rusiyadan boru kəməri qazı idxalının təxminən 30%-ni itirə bilər.

Axar.az xəbər verir ki, bunu Dünya Bazarlarının Öyrənilməsi İnstitutunun direktoru Aleksey Bobrovski deyib.

"Ukrayna marşrutu olmasa, Rusiya qazının AB-yə nəqli ildə 39 milyard kubmetrə qədər azalacaq. Öz növbəsində Avropa qaz istehlakının daha da azalması ilə və digər enerji mənbələrinə, o cümlədən kömürə keçidlə üzləşəcək", - o bildirib.

Qeyd edək ki, Ukrayna ötən gün Rusiya qazının Avropaya tranzitini dayandırıb.
Seçilən
68
1
sherg.az

10Mənbələr