2025-ci ildə Ukraynada tammiqyaslı müharibə nəhayət dayandırılacaq.
Publika.az xəbər verir ki, bu barədə "Sky News"-un Rusiya müxbiri Ivor Bennett deyib.
O qeyd edib ki, hərbi əməliyyatlar dayandırılarsa, iki ölkə arasında münaqişə sadəcə olaraq dondurulacaq.
"Bu yaxınlarda hər iki tərəf sülh razılaşmasına nail olmaq üçün güzəştə getməyə hazır olduqlarını açıqladı. Ukrayna prezidenti Vladimir Zelenski əraziləri verməyə hazır olduğunu, Vladimir Putin isə Rusiyanın güzəştə getməyə hazır olduğunu söylədi", - xəbərdə vurğulanıb.