AZ

Spivakdan Əliyevlə bağlı sensasion sözlər - Video

Ukraynalı politoloq, sosial şəbəkələrdə milyonlarla izləyicisi olan, Avropada güvənilən ekspertlərdən sayılan Dmitri Spivakın son şərhi sosial şəbəkələrdə trendə çevrilib.

"Bakuinfo" xəbər verir ki, o, Cənubi Qafqazın dünya siyasi düzəninə necə təsir etməsi barədə danışıb.

“Baxın, Bakı və Tiflis dünyanın düzənini necə dəyişir, yeni, müasir dünya düzəninin qaydalarını yazırlar; Baxın, balaca müstəqil ölkələr necə dünyanın nəhəng ölkələrinin oyununu dəyişirlər. Bakı. İlham Əliyev: son həftələrdə möhtəşəm, qrossmeystr oyunu nümayiş etdirir. Tək ona görə yox ki, o, iki dəfə Putini üzr istəməyə məcbur etdi. Bunu beş il bundan öncə təsəvvür etmək çətin idi. Lakin bir çoxları unudur ki, bu hadisədən bir həftə əvvəl İlham Əliyev geniş müsahibəsində ABŞ-ı və sorosçuları Ermənistana yardım etməkdə və silahlandırmaqda ittiham etmişdi. Məhz həmin müsahibədə Azərbaycan Prezidenti Əliyev Fransa Prezidenti Makronu Tiflisdəki qarşılığa dəstək verməkdə ittiham etmişdi. Həmin müsahibədə İlham Əliyev Gürcüstan hakimiyyətini və Gürcü Arzusu Partiyasını dəstəklədi. Böyük olmayan ölkənin prezidentinin dahiyanə gedişləridir - müstəqil, suveren ölkə, hansı ki, özünü geosiyasi monstrlara elə təqdim edir ki, onlar heç nə edə bilmir. Makron susur, Vaşinqtonda da bir şey demir. Rusiya da başını aşağı dikməyə məcbur olub, lakin bu o demək deyil ki, Putin və Əliyev arasından böyük qara pişik keçdi. Heç də yox. Onlar yenə əlaqə quracaq, təmasda olacaq, ticarət edəcəklər, birgə layihələr həyata keçirəcəklər.

Bakı öz layihələrini həyata keçirməyə və Avropa, ABŞ və digər ölkələrlə geosiyasi kommunikasiyalar qurmağa davam edəcək. Məhz bu, dahiyanə siyasi şahmat oyununun zirvəsidir! Bunu belə etrmək lazımdır! Mən həmişə deyirdim ki, Qərbdə iki cür demokratiya var: biri daxili istifadə üçün, digəri isə necə deyərlər, ixrac üçün nəzərdə tutulub. Amma söhbət bundan getmir. Söhbət ondan gedir ki, biz, Ukrayna vətəndaşları, Ukrayna bir dövlət olaraq diqqətlə baxmalı və öyrənməliyik!

Necə ki, kiçik görünən ölkələr – Azərbaycan, Gürcüstan – öz mürəkkəb coğrafi mövqelərini və qlobal geosiyasi maraqların kəsişməsində olduqlarını anlayaraq düzgün addımlar atır. Onlar müharibə istəmirlər. Əvəzində, çoxvektorlu, çoxşaxəli siyasət yürüdürlər. Nə ruslar, nə amerikalılar onlara qarşı müharibə başlayar. Bax, beləliklə, onlar özlərini qoruyub saxlaya bilirlər, maraqlarını müdafiə edirlər və zərurət olduqda sərt addımlar ata bilirlər.

İlham Əliyev də məhz belə sərt addımlar atıb: həm sorosçulara, həm Makrona, həm də Putinə qarşı sərt mövqe nümayiş etdirdi və Putini iki dəfə üzr istəməyə məcbur etdi. Hətta kompensasiya da ödənəcək. Gürcüstanda da eyni hal baş verir. Bu kiçik ölkə anlayır ki, Qafqaz nə qədər partlayış təhlükəli bir regiondur. Onlar müharibə istəmir. Əvəzində, maraqlarını irəlilətməyə çalışır və bunu bütün dünyaya nümayiş etdirirlər.

İndi əsas məsələyə keçim. Əvvəlki qaydalar artıq yoxdur, beynəlxalq nizam əvvəlki kimi qalmayacaq. Bu gün dünyada geosiyasi qeyri-müəyyənlik dövrüdür. Bir çox kiçik və orta ölkələrin rolu və maraqları nəzərə alınacaq. Geosiyasi tarazlıqlar, güc nisbətləri və hətta sərhədlər dəyişəcək.

Ən vacibi isə bir ölkənin hegemoniyası altında birqütblü dünyadan çoxqütblü dünya quruluşuna keçid baş verir. Bu yeni sistemdə böyük dövlətlər kiçik və orta ölkələrin maraqlarını artıq görməzdən gələ bilməyəcəklər – istər Avropada, istər Asiyada, istər Qafqazda, istərsə də Latın Amerikasında və ya Qlobal Cənubda. Bu, Ukrayna üçün dərs olmalıdır: bu günün qaynayan siyasi ehtiraslarla dolu dünyasında özünü necə aparmağı öyrənmək lazımdır”, - o bildirib.

Seçilən
51
5
bakuinfo.net

10Mənbələr