Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin ilk əkiz uşaqları dünyaya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Perinatal Mərkəzi məlumat yayıb.
Məlumata görə, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı qeysəriyyə üsulu ilə əkiz oğlan uşaqları dünyaya gətirib.
38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.
Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta