AZ

Bitki çayları alkoqolun zərərini azaldır?

Bitki çaylarının alkoqolun zərərini azalda bilməsi barədə bir fikir var. Bu məsələ xüsusilə Yeni il süfrəsi ərəfəsində aktual olur.

Oxu.Az bu barədə Iz.ru-ya istinadən xəbər verir.

Bu metodun həqiqətən işləyib-işləmədiyi barədə rusiyalı diyetoloq Yelena Ustinova danışıb.

"Əgər insan artıq sərxoş olubsa və alkoqoldan özünü pis hiss edirsə, bitki çayları bu effekti aradan qaldıra bilərmi? Başa düşmək lazımdır ki, alkoqol çox tez mənimsənilir, bütün digər qidalardan daha tez. Əgər bu artıq baş veribsə, onun zərərini adi ev vasitələri ilə neytrallaşdırmaq mümkün olmayacaq", - deyə Ustinova qeyd edib.

Onun sözlərinə görə, edilə biləcək yeganə şey alkoqolun orqanizmdən daha tez çıxması üçün çox su içməkdir.
Seçilən
69
5
medicina.az

10Mənbələr